"Monako"nun baş məşqçisi: "Qarabağ" layiqli mübarizə apardı"

Dünən Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları baş tutub.

Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın yer aldığı qrupda “Monako” “Anderlext”lə səfər oyununda üz-üzə gəlib.

1:1 hesabı ilə başa çatan oyundan sonra Fransa təmsilçisinin baş məşqçisi Leonardo Jardim maraqlı fikirlər səsləndirib. O, açıqlamasında “Qarabağ”ın oyununa da toxunub:

“Anderlextl”ə səfərdəki nəticəni pis saymıram. Ən azından xalsız qayıtmırıq. Qrupdakı rəqiblərimiz hamısı güclüdür. “Tottenhem” – “Qarabağ” oyununa baxsaq, Azərbaycan təmsilçisinin bir ingilis klubuna qarşı necə yaxşı çıxış etdiyini görə bilərik. Onlar həqiqətən də layiqli mübarizə apardılar. Bizim bütün oyunlarımız çətin olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right