UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə səfər oyununda meydana çıxan Azərbaycan millisinin kapitanı Bədavi Hüseynov 83-cü dəfə yığma formasını geyinib.
Newsport.az saytının məlumatına görə, milli tarixinin ən çox oyun keçirən ikinci futbolçusu olan 35 yaşlı müdafiəçi Avropada bir sıra milli üzvünü geridə qoyub. Belə ki, Yuri Corkaeff (Fransa), Robert Vittek (Slovakiya), Brayan Laudrup (Danimarka), Rahim Sterlinq (İngiltərə), İlkay Gündoğan (Almaniya), Hamit Altıntop (Türkiyə), Viktor Lindelöf (İsveç) və Ruben Dias (Portuqaliya) kimi tanınmış oyunçular millilərində 82 dəfə meydana çıxıblar. Onlardan yalnız Lindelöf və Dias yığma karyerasını davam etdirir.
Adıçəkilən futbolçuları oyun sayında geridə qoyan millimizin kapitanı həmçinin Xristo Stoiçkov (Bolqarıstan), Kennet Andersson (İsveç), Vedad İbişeviç (Bosniya və Herseqovina), Niko Kovaç (Xorvatiya), Valon Behrami (İsveçrə), Mirça Rednik (Rumıniya), Kaxa Kaladze (Gürcüstan), Enis Bardi (Şimali Makedoniya), Tomas Menye (Belçika) və Deklan Raysa (İrlandiya, İngiltərə) çatıb. Onlardan isə son 3 nəfər yığma formasını geyinməkdə davam edir.
Qeyd edək ki, Azərbaycan milli tarixində ən çox oyun keçirən futbolçu Rəşad Sadıqovdur – 111 matç.