Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında 5-ci turnir Azərbaycanda minifutbolun inkişafına təkan verir.
Newsport.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov jurnalistlərə açıqlamasında deyib.
O, yarışın artıq ənənəvi olaraq hər il təşkil edildiyini xatırladıb:
“Ölkəmizdə minifutbol inkişaf edir. Milli komandamız son dünya və Avropa çempionudur. Belə turnirlər Azərbaycan Minifutbol Federasiyasının və bu idman növünün inkişafına da böyük təkan verir. Hər dəfə olduğu kimi, yenə yarışa ciddi hazırlıq görülüb”.
40 dövlət qurumunun qatıldığı turnir 2027-ci ilin mayında başa çatacaq.