Kompani onun satılmasına qarşıdır

“Bayern”in baş məşqçisi Vensan Kompani komandanın müdafiəçisi Conatan Tanın qışda klubu tərk etməsini istəmir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” 30 yaşlı futbolçunun xidmətində maraqlıdır. Ancaq Kompani onun yanvarda komandadan ayrılmasına qarşı çıxır.

Ta cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 15 oyunda meydana çıxıb. Almaniyalı müdafiəçinin “Bayern”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı onun dəyərini 28 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right