Azərbaycan şahmatçısı dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan şahmatçısı Xaqan Əhməd Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

Bu barədə Newsport.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

O, son turda Paraqvay təmsilçisi Xuan Sebastian Melianla heç-heçə edib.

11 turdan sonra 8,5 xal toplayan 15 yaşlı Xaqan Əhməd yarışın gümüş mükafatına sahib çıxıb.

Xaqan Əhməd turnirin qalibi Hindistan şahmatçısı Ethan Vazdan yarım xal geri qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right