Barellanın ən çox bəyəndiyi futbolçu

“İnter”in yarımmüdafiəçisi Nikolo Barella müasir futbolda izləməkdən zövq aldığı sevimli futbolçusunun adını açıqlayıb.

Newsport.az “TNT Sports Mexico”-ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, “Real”ın ingiltərəli yarımmüdafiəçisi Çud Bellingemi bəyəndiyini bildirib:

“Digər futbolçuları izləməyi sevirəm, çünki onlardan nəsə öyrənmək mümkündür. Hazırda ən çox bəyəndiyim futbolçu Bellingemdir. O, hər şeyi bacarır. Çox güclü futbolçudur və müxtəlif bacarıqlara malikdir”.

Barella cari mövsümdə İtaliya çempionatında 11 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right