Kyeza ilə bağlı qərar verilib

“Liverpul” rəhbərliyi komandanın yarımmüdafiəçisi Federiko Kyeza ilə bağlı qərarını verib.

Newsport.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi qışda 29 yaşlı futbolçu ilə yollarını ayırmağı planlaşdırır. Tərəflər arasında mövcud müqavilənin müddəti 2027/28 mövsümünün sonunda başa çatacaq.

Kyeza cari mövsümdə İngiltərə Premyer Liqasında cəmi bir oyunda iştirak edib və həmin qarşılaşmada meydana sonradan daxil olub.

İtaliyalı futbolçu 2024-cü ilin avqustunda “Liverpul”a qoşulub. “Transfermarkt” portalı onun bazar dəyərini 10 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right