"Mançester Yunayted" 89 il sonra "Brentford"a məğlub oldu

“Brentford” 1937-ci ildən bəri ilk dəfə səfərdə “Mançester Yunayted”ə qalib gəlib.

Newsport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının XII turu çərçivəsində bu gün “Old Trafford” stadionunda keçirilən qarşılaşma “arılar”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Mançester təmsilçisi 1937-ci ilin fevralından bəri öz meydanında bu rəqibə məğlub olmamışdı. Həmin vaxt qarşılaşma 1:3 hesabı ilə yekunlaşmışdı. O vaxtdan bəri “Mançester Yunayted” “Brentford”a qarşı ev oyunlarında ardıcıl səkkiz qələbə qazanmışdı.

Qeyd edək ki, "Mançester Yunayted" 12 turdan sonra 8 xalla 19-cu sırada yer alaraq tarixinin ən pis göstəricilərindən birini yaşayır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right