Cənubi Koreya çempionatında 37-ci turun matçları keçirilir.
Newsport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” “Seul”un qonağı olub.
Qarşılaşma “Seul”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Krivotsyukun adı matçın iştirak ərizəsində yer almayıb.
Bu məğlubiyyətdən sonra 56 xalda qalan “Daejeon” turnir cədvəlində üçüncüdür.