De Zerbi: “Düzgün yoldayıq”

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi qışda heyətin gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis London təmsilçisinin yay transfer dönəmində yaxşı iş gördüyünü, ancaq heyətin komplektləşdirilməsinin hələ başa çatmadığını bildirib:

“Düşünürəm ki, hazırda çox yaxşı vəziyyətdəyik. Çünki yayda əla transfer kampaniyası keçirdik. Ancaq heyətin formalaşdırılması işini hələ tamamlamalıyıq. Bəlkə də, üç-dörd mövqeni gücləndirəcəyik. Düzgün yoldayıq”.

“Tottenhem” İngiltərə Premyer Liqasında 11 turdan sonra 15 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. London təmsilçisi noyabrın 29-da, 12-ci tur çərçivəsində səfərdə “Sanderlend”lə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right