Pedri Messi ilə ilk görüşündən danışdı

“Barselona”nın yarımmüdafiəçisi Pedri komandanın sabiq hücumçusu Lionel Messi ilə ilk görüşündən danışıb.

Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, argentinalı oyunçu ilə qarşılaşarkən həyəcanlandığını bildirib:

“O, düz qarşımda dayanmışdı. Həmin an özümü təqdim etməyə çalışırdım, amma danışa bilmirdim. Hətta ona nə dediyimi də xatırlamıram. Leo sadəcə gülümsədi, mənə rahat olmağı söylədi və məni paltardəyişmə otağına apardı”.

Pedri 2019-cu ildə “Barselona”ya keçib. Messi isə 2003-2021-ci illərdə Kataloniya təmsilçisinin əsas komandasında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right