AFFA-da növbəti ayrılıq olub.
Newsport.az xəbər verir ki, federasiyanın Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Axundov qurumdan ayrılıb.
Axundov bu haqda Azərbaycan - Lixtenşteyn oyunundan sonra məlumat verib.
Xatırladaq ki, Axundov bu vəzifəyə sentyabrın 15-də təyin edilmişdi.