Azərbaycan U-19 yığma komandasının yarımmüdafiəçisi İslam Həsənov Serbiyada çıxışını davam etdirir.
Newsport.az xəbər verir ki, “Srvena Zvezda”ya məxsus olsa da, icarə əsasında “Qrafiçar” klubunda oynayn 18 yaşlı hücumameyilli yarımmüdafiəçi U-19 komandasının kapitanıdır.
O, “Qrafiçar”ın əsas komandasına məşqlərinə cəlb edilib.
Həsənov hətta "Qrafiçar"ın "Teleoptik"lə(4:1) görüşündə heyətə daxil olunub. Lakin o, sona qədər ehtiyatda oturub.