Vembanyama mərc şirkətlərinin əleyhinədir: “Gücümüz milyonlar qazanmağımız deyil”

MBA-nın “San Antonio Spurs” klubunun 22 yaşlı fransalı ulduz basketbolçusu Viktor Vembanyama bukmeyker şirkətləri ilə heç vaxt sponsorluq müqaviləsi imzalamayacağını bildirib. O, belə əməkdaşlıqların bəzi basketbolçular tərəfindən qəbul edilməsini təəssüf doğuran hal kimi qiymətləndirib.

“Bukmeyker şirkətləri ilə müqavilə bağlamağın mümkün olduğunu düşünürsən” sualına Vembanyama belə cavab verib: “Qətiyyən yox. Mən bunu heç vaxt etmərəm. Açığı, bəzi oyunçuların bunu etdiyini görmək məni çox təəssüfləndirir. Hər kəs istədiyini edə bilər. Biz insanları sevirik”.

Basketbolçu hansı şirkət və brendlərlə əməkdaşlıq edəcəyinə qərar verərkən şəxsi dəyərlərinin əsas meyar olduğunu vurğulayıb:“Bir vaxtlar pulum az idi, amma buna baxmayaraq, dəyərlərimə uyğun olmayan işlərdən daha çox, daha böyük məbləğlərdən imtina etmişəm. İndi isə dünyaya müsbət təsir göstərən, mesaj və dəyərlərimi bölüşə biləcəyim işləri təbliğ etmək istəyirəm. MBA oyunçuları olaraq ən böyük gücümüz milyonlarla dollar qazanmağımız deyil. Ən böyük gücümüz insanları ruhlandırmaqdır və biz bunu yaxşı və ya pis istiqamətdə edə bilərik. Mən yaxşı istiqamətdə ilham vermək istəyirəm. Edə biləcəyim ən güclü şey məhz budur”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right