Millinin futbolçularına Ronaldo haqda danışmaq qadağan edildi

Portuqaliya millisinin yarımmüdafiəçisi Renato Veyqa Kriştiano Ronaldo ilə bağlı yaranmış vəziyyəti şərh etməsinə icazə verilmədiyini bildirib.

Newsport.az xəbər verir ki, futbolçu UEFA Millətlər Liqasında Danimarka üzərində 4:2 hesablı qələbədən sonra bu barədə jurnalistlərə danışıb.

Veyqa Ronaldonun yığmanın düşərgəsini tərk etməsi ilə bağlı suala qısaca belə cavab verib: “Kriştiano Ronaldo ilə çox yaxınam və ona böyük hörmət bəsləyirəm.. Amma mənə bu mövzuda danışmamaq tapşırılıb. Ona görə də…”

Xatırladaq ki, Ronaldo baş məşqçi Jorje Jezusla yaranmış fikir ayrılığından sonra Portuqaliya millisinin düşərgəsini tərk edib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right