“Azərbaycanla cavab oyununa favorit kimi gedəcəyik”

“Düşünürəm ki, bu nəticə kifayət deyil. Çox ucuz qol buraxdıq. Buna görə də təəssüf edirəm və üzülürəm”. Newsport.az xəbər verir ki, bunu Litva yığmasının müdafiəçisi Edqaras Utkus deyib.

26 yaşlı futbolçu UEFA Millətlər Liqasında Azərbaycan millisinə qarşı Kaunasda keçirilən oyun barədə fikirlərini bildirib.

Utkus 1:1 hesabından məmnun qalmadıqlarını söyləyib. O, daha çox çalışmalı olduqlarını deyib: “Nadir hallarda birinci nömrə kimi oynayırıq və rəqibdən daha çox topa nəzarət edirik. Özümüzə daha yaxşı imkanlar yaratmaq üçün necə və harada hücum etməli olduğumuzu müəyyənləşdirməliyik”.

Mərkəz müdafiəçisi oktyabrın 4-də Bakıda keçiriləcək cavab qarşılaşması barədə də danışıb: “Azərbaycanla cavab oyununa favorit kimi gedəcəyik. Yeganə məqsəd qrupda birinci yeri tutmaqdır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right