Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"

Portuqaliya millisinin baş məşqçisi Jorge Jesus UEFA Millətlər Liqasının 3-cü turunda Danimarka üzərində qazanılan 4:2 hesablı qələbədən sonra Kriştiano Ronaldo ilə bağlı yaşananlara münasibət bildirib.

Newsport.az xəbər verir ki, 72 yaşlı mütəxəssis Ronaldonun komandanın düşərgəsini tərk etməsi ilə bağlı mövqeyini dəyişmədiyini deyib.

“Baş verənlər sizi nəyisə yenidən düşünməyə vadar etdimi?” sualına Jesus belə cavab verib:

“Xeyr, heç bir şəkildə. Statuslu futbolçular var, amma qaydalar hamı üçün eynidir. Mən karyeram boyunca həmişə belə düşünmüşəm və bundan sonra da belə düşünəcəyəm”.

Qeyd edək ki, 41 yaşlı Ronaldo Danimarka ilə oyundan əvvəl matçda iştirak etməyəcəyinin açıqlanmasından sonra Portuqaliya millisinin düşərgəsini tərk edib. Bundan əvvəl o, Norveçlə qarşılaşmada (2:1) bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.

Jesus Danimarka ilə görüşü də yüksək qiymətləndirib:

“Komanda gördüyü işə kollektiv şəkildə inanır. Mənim üçün bu, indiyə qədər keçirdiyimiz ən yaxşı oyun idi. Bu, normaldır, çünki artıq birlikdə işləmək üçün daha çox vaxtımız olub. Mövqeli hücum üzərində işləmək imkanım yarandı. Qonsalo Ramosun qolu möhtəşəm idi. Joao Feliksin qolu da mövqeli hücumdan sonra vuruldu. Bilirik ki, oyunun bütün beş fazasında inkişaf etməliyik. Bu, böyük qələbə idi və gözəl qollar vurduq”.

Xatırladaq ki, Jorge Jesus 2026-cı ilin yayından Portuqaliya millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right