Dani Olmo karyerasını bu klubda başa vurmaq istəyir

"Barselona"nın və İspaniya millisinin yarımmüdafiəçisi Dani Olmo karyerasını Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda başa vurmaq istəyir.

Newsport.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.

Bildirilir ki, futbolçunun agenti Endi Bara oyunçunun gələcək planları haqqında danışıb.

"O, karyerasını Zaqreb "Dinamo"sunda bitirmək istəyir və bunun reallaşacağına ümid edir. Dani hətta hazırda, "Barselona"da çıxış etdiyi vaxtda belə, evdə arxasında adı və 7 nömrəsi yazılmış "Dinamo" formasında gəzir", - deyə agent bildirib.

Olmo peşəkar futbolda ilk addımlarını məhz Zaqreb təmsilçisində atıb. O, 2014-cü ildə, 16 yaşında klubun akademiyasına daxil olub, 1 il sonra isə əsas komandada debüt edərək 2020-ci ilə qədər bu komandanın şərəfini qoruyub.

Daha əvvəl "Bavariya"nın da Olmo ilə maraqlandığı bildirilirdi. Yarımmüdafiəçinin "Barselona" ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir, onun transfer dəyəri isə 60 milyon avro qiymətləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right