Yunan qapıçını “Tottenhem”, “Liverpul”, “Real” və PSJ istəyir

Yunanıstan millisinin və “Hall Siti”nin qapıçısı Konstantinos Tzolakis Avropanın bir sıra top-klublarının maraq dairəsindədir.

Newsport.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

23 yaşlı qapıçının xidmətində xüsusilə, “Tottenhem” maraqlıdır. İngiltərə klubunda Antonin Kinskiyə tam əminlik olmadığı üçün Tzolakisi gələn mövsümdən əsas qapıçı kimi görürlər. Bununla belə, “Tottenhem”in qapıçı mövqeyi üçün başqa namizədlərinin də olduğu bildirilir.

Tzolakisin xidmətində “Liverpul” da maraqlıdır. Mersisayd klubunda Alisson Bekkerin gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaşanır.

Bundan başqa, “Real” və PSJ də yunan qapıçını izləyir. Hər iki klubun Tzolakisi “Olimpiakos”da çıxış etdiyi vaxtdan izlədiyi qeyd olunur.

Tzolakis bu mövsüm bütün turnirlərdə 5 matçda meydana çıxıb, 4 qol buraxıb və 3 dəfə qapısını toxunulmaz saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right