"Neftçi"dən azarkeşləri üçün maraqlı aksiya

"Neftçi" klubu azarkeşləri üçün yeni kampaniyaya start verib.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 9-da "Sabah"a qarşı keçiriləcək ev oyununa onlayn bilet alıb, stadionun girişində skan edərək matçda iştirak edən azarkeşlərdən biri İstanbula aviabilet qazanacaq.

İlin sonunadək isə hər üçüncü ev oyununda bir azarkeşin aviabilet qazanmaq şansı olacaq. Növbəti aviabilet üçün iştirakçı ardıcıl üç ev oyununa onlayn bilet almalı və biletlərini stadionun girişində skan etdirərək hər üç matçda iştirak etməlidir.

Qalib üçüncü oyunun ilk hissəsinin gedişində bütün şərtləri yerinə yetirən iştirakçılar arasından təsadüfi şəkildə seçiləcək. Şəffaflığın təmin olunması üçün qalibin müəyyənləşmə prosesinin videosu sosial şəbəkələrin hekayə bölməsində paylaşılacaq.

Qalib gələn şəxsə hədiyyə oyunun fasiləsində, meydançada – bütün azarkeşlərin gözü qarşısında təqdim ediləcək. Müsabiqədə yalnız onlayn bilet alan azarkeşlər iştirak edə bilərlər. Onlayn biletləri klubun rəsmi bilet satışı saytından və mobil tətbiqindən əldə etmək olar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right