“Ronaldo ilə bağlı məsələdə tamamilə sakitəm, vicdanım rahatdır” Portuqaliya millisinin baş məşqçisi

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus, Kriştiano Ronaldo ilə bağlı yaşanan münaqişəyə münasibət bildirib.

Ronaldo Millətlər Liqasında Danimarka yığmasına qarşı keçiriləcək oyundan əvvəl milli komandanın düşərgəsini tərk edib. Bundan sonra yerli mətbuatda 41 yaşlı futbolçunun Portuqaliya millisindəki karyerasını başa vuracağı barədə məlumatlar yayılıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Jezus məsələ ilə bağlı bunları deyib:

“Ronaldo ilə bağlı məsələ həll olunub. Tamamilə sakitəm, vicdanım rahatdır. Bu barədə Norveç yığması ilə oyundan sonra danışacağıq.

Mən məsuliyyətdən yayınmayacam və qaçmayacam. Heç kim Ronaldonun əldə etdiyi nailiyyətləri əlindən ala bilməz. Ronaldo bir ikonadır, bu, danılmaz faktdır”.

Portuqaliya millisi Danimarka yığmasını 4:2 hesabı ilə məğlub edib. Komandanın Norveç millisiylə qarşılaşması oktyabrın 4-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right