Oyun idarə etdi, sonra isə saxlanıldı

Türkiyə Süper Liqasında  baş hakim kimi fəaliyyət göstərən Yasin Kol və köməkçisi Göktuğ Hazar Erel dünən axşam “Trabzonspor” – “Droheda United”  yoldaşlıq oyunundan sonra qanunsuz mərc araşdırması çərçivəsində saxlanılıblar.

İstanbul Respublika Baş Prokurorluğunun Qanunsuz Mərc və İdman Cinayətləri Bürosunun apardığı istintaq zamanı daha əvvəl saxlanılan şübhəlilərdən götürülmüş rəqəmsal materialların və MASAK məlumatlarının araşdırılması nəticəsində Kol və Erel barəsində də tədbir görülüb.

Yasin Kol ilk ifadəsində mərc oynadığı iddiasını rədd edərək, yalnız borc istəyən bir neçə tanışına pul göndərdiyini bildirib. İki hakim 7258 saylı qanuna zidd hərəkət, sənədlərin saxtalaşdırılmasında iştirak və vəzifədən sui-istifadə ittihamları üzrə saxlanılıb.

2008-ci ildə hakimlik fəaliyyətinə başlayan 38 yaşlı Kol 2019-cu ildə Super Liqada dördüncü hakim kimi fəaliyyətə başlayıb, 2020-2021 mövsümündən etibarən isə əsas hakim kimi çalışıb və çempionatda 78 matç idarə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right