“Oyun bizim üçün asan keçmədi. Səfərdə uduzmaq istəmirdik”.
Newsport.az xəbər verir ki, bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin üzvü Emil Səfərov Millətlər Liqası I turunda baş tutan Litva görüşü barədə danışarkən deyib. Matçda penaltiyə səbəb olan futbolçu daha sonra belə davam edib:
“Orada milyon faiz penalti yox idi. Əgər orada penalti var idisə, mən futbolu buraxaram. Epizoda VAR-da niyə baxılmadı bilmirəm. Hakim mənə deyir ki, rəqibi formasından dartmısan. Halbuki o, mənim ayağımı tapdalamışdı. Penalti qərarından sonra isə psixoloji olaraq çökdüm. Əslində qayda pozuntusunu rəqib etmişdi. Özümü çox pis hiss edirdim. Ayxan Abbasov fasilədə dedi ki, “qırmızı” almağından ehtiyat edirəm. Buna görə də əvəzləndim.
Yəni əvəzlənməyimə səbəb sosial şəbəkələrdə yayılan görüntü deyil (gülür). Həmin anda ehtiyat skamyasından oyunla bağlı nəsə deyirdilər. Mən də “oyunu sakitləşdirək” kimi bir reaksiya verdim. Hər hansı bir problem olmadı. Heç Ayxan müəllim mənə bu barədə neqativ bir şey deməyib. Nə demək istədiyimi başa düşüb anlayışla qarşıladı. Sadə bir oyun epizodu idi”.