İntizam Komitəsinin iclası keçirildi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az iclasda aşağıdakı qərarlar qəbul edilib:

II Liqa V tur

28.09.2026-cı il tarixində II Liqada V turun “Zəngəzur”– “Kür-Araz” oyunundan əvvəl “Zəngəzur” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Zəngəzur” komandası 150 manat cərimə edilsin (maddə 84.1);

28.09.2026-cı il tarixində II Liqada V turun “Şəki”– “Hypers” oyununda “Şəki” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəki” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

28.09.2026-cı il tarixində II Liqada V turun “Şəmkir”– “Şirvan” oyununda “Şəmkir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

28.09.2026-cı il tarixində II Liqada V turun “Şəmkir”– “Şirvan” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 57.2);

28.09.2026-cı il tarixində II Liqada V turun “Şəmkir”– “Şirvan” oyununda “Şəmkir” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 68);

28.09.2026-cı il tarixində II Liqada V turun “Şəmkir”– “Şirvan” oyununda “Şirvan” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right