“Real”ın yarımmüdafiəçisi Arda Gülər sentyabr ayının ən yaxşı futbolçusu seçilməsi barədə fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçu bu mükafatı qazanmağın onun üçün böyük qürur olduğunu bildirib:
“Real”da ayın ən yaxşı futbolçusu seçilmək mənim üçün böyük qürurdur”.
23 yaşlı futbolçu sentyabrda İspaniya çempionatında 4 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib. Ümumilikdə isə Gülər La Liqada keçirdiyi 7 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Real” İspaniya La Liqasında 7 turdan sonra 15 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan 6 xal geri qalır.