Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Newsport.az xəbər verir ki, Elgiz Kərimlinin yetirmələri bu dəfə “Kəpəz”lə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.
Millimizin qollarını Ələliyev və Nicat Quluzadə vurublar.
Qeyd edək ki, bu, U-19 millisinin toplanış çərçivəsində üçüncü yoxlama oyunu olub. Komandamız ilk görüşdə “Kəpəz”in əvəzediciləri ilə 1:1, “Gəncəbasar”la isə 2:2 hesablı heç-heçə edib.