Ferstappen Alonso ilə müqayisə olunacağını düşünmür: “O, əsl canavardır”

Dördqat dünya çempionu, “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen “Aston Martin”in 45 yaşlı ispaniyalı sürücüsü Fernando Alonsonun müqaviləsini uzatmasını şərh edib.

O, neçə yaşına qədər Formula 1-də qalacağına da aydınlıq gətirib: “Fernando əsl yarış canavarıdır. Onun Formula 1-də qalmasına şadam. Alonso əsl motivasiyası və yarışlara olan sevgisi baxımından ilham mənbəyidir və nümunə göstəriləsi insandır. Özümü belə təsəvvür edirəmmi? Düşünürəm ki, mən də 40 yaşa qədər yarışlarda iştirak edəcəyəm. Amma yarışlara olan həvəs və fədakarlıq baxımından Fernando ilə müqayisə olunacağımı düşünmürəm”.

Qeyd edək ki, Alonso və Lens Strollun “Aston Martin”lə müqavilələri 2027-ci ilin sonuna qədər uzadılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right