Ronaldo getdikdən sonra komandada birlik yarandı?

Portuqaliya millisinin futbolçusu Vitinya UEFA Millətlər Liqasında dünən Danimarka üzərində qazanılan qələbədən (4:2) sonra baş məşqçi Jorze Jezusun işini yüksək qiymətləndirib.

Newsport.az xəbər verir ki, matçda  qollardan birinin müəllifi olan yarımmüdafiəçi komandanın indiyədək ən yaxşı oyununu keçirdiyini bildirib:

“Bütün bunlar baş məşqçinin gördüyü işin nəticəsidir. Hətta deyərdim ki, bu, indiyədək ən yaxşı çıxışımız idi. Bu gün hücum oyunumuzda irəliyə doğru addım atdıq. Baş məşqçinin işi öz bəhrəsini verməyə başlayır”.

Vitinya həmçinin Portuqaliyanın 2025-ci ildə Kopenhagendə Danimarkaya məğlub olduğu görüşü xatırladaraq, komandanın həmin vaxtdan bəri inkişaf etdiyini vurğulayıb.

Portuqaliyanın “O Jogo” nəşri isə Kriştiano Ronaldonun yığmanın düşərgəsini tərk etməsindən sonra komandadakı vəziyyətə diqqət çəkib. Qəzet üz qabığında “CR11” başlığından istifadə edərək Portuqaliya millisinin kapitanın gedişi ilə bağlı yaranmış mübahisəli vəziyyəti “birlik, soyuqqanlılıq və istedad sayəsində” geridə qoyduğunu yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right