Azərbaycan Lixtenşteynə qarşı Yenilənir

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan Ayxan Abbasovun komandası 2-ci turda Lixtenşteynlə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kristian-Petru Çoçirka olacaq. 

Millimiz turnirdə ilk oyununda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Lixtenşteyn isə ilk turda öz meydanında Litvaya 0:2 hesabı ilə uduzub. 

Hazırda Azərbaycan və Lixtenşteyn D Liqasının 2-ci qrupunda müvafiq olaraq 1 və 0 xalla mübarizə aparır. Bu qarşılaşma hər iki komandanın qrupdakı ilk qələbəsi uğrunda mübarizəsi baxımından əhəmiyyət daşıyır. 

Azərbaycan - Lixtenşteyn

Baş hakim: Kristian-Petru Çoçirk

Tofiq Bəhramov adına Respublika sadionu

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right