“Mançester Siti”nin yeni transferi Enzo Fernandes klubdakı ilk təəssüratlarını bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, yayda “Çelsi”dən Mançester təmsilçisinə keçən argentinalı yarımmüdafiəçi klubun azarkeşlərinin ona münasibətindən məmnun olduğunu bildirib:
“Mançester Siti”nin azarkeşlərinə məni belə isti qarşıladıqları üçün təşəkkür etmək istəyirəm. Düzünü desəm, özümü evimdəki kimi hiss edirəm və bu, futbolçunun özünəinamı üçün çox vacibdir. Onları əmin etmək istəyirəm ki, klubun mövsüm üçün qarşıya qoyduğu bütün məqsədlərə çatmasına, çoxlu kuboklar qazanmasına və bundan zövq almasına kömək etmək üçün hər gün, hər məşqdə və hər oyunda əlimdən gələnin yüz faizini edəcəm.
Xulian Alvares (hazırda “Atletiko”da forma geyinən “Mançester Siti”nin sabiq hücumçusu) mənim dostumdur. O, mənə bu klub haqqında çox şey danışıb. Bu, mühüm rol oynadı. Çünki əvvəlcədən klubun necə olduğunu və onun nə qədər böyük əhəmiyyət daşıdığını öyrənə bildim. Mənə verilən bu fürsətə görə minnətdaram.
Burada çox yaxşı heyət var və əminəm ki, bizi uğurlar gözləyir. Prosesdən zövq almaq lazımdır, ən vacib məsələ budur. Həmçinin, hər zaman bir-birimizə bağlı və birlikdə qalmalıyıq”.