Gökdəniz Karadəniz bütün türkiyəli futbolçuları geridə qoydu!

"Rubin”in türkiyəli futbolçusu Gökdəniz Karadəniz maraqlı ilklə yadda qalıb.

Newsport.az saytının məlumatına görə, 35 yaşlı oyunçu türkiyəli futbolçular arasında ən çox avroliqa oyunu keçirən futbolçu adına yiyələnib. Avroliqa matçına 2003/04 mövsümündə "Tranbzonspor”la başlayan Karadəniz, geridə qalan 12 il ərzində 47 avroliqa matçına çıxıb. "Trabzonspor”la 8, "Rubin”lə 39 dəfə avroliqa oyunu oynayan yarımmüdafiəçi bu uğurla bütün türkiyəli futbolçuları geridə qoyub.
Qeyd edək ki, bu anadək  türkiyəli futbolçular arasında ən çox avroliqa oyunu oynayan futbolçu Sərvət Çətin idi – 46 matç.
 
Gökdəniz Karadəniz – 47 
Sərvət Çətin – 46 
ArdaTuran – 45
Əmrə Bəlözoğlu – 43 
Məhmət Topal – 38 
İbrahim Toraman – 37 
Hakan Şükür – 35 

 
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right