"Tottenhem"in baş məşqçisi:"Qarabağ"ın yaxşı və əla oyunçuları var"

"Tottenhem"in baş məşqçisi  Maurisio Poçettino "Qarabağ"la matçdan sonra mətbuat konfrasında çıxış edib.

Newsport.az-ın Londona ezam olunmuş əməkdaşının verdiyi məlumuta görə,o, komandasının 3:1 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:

"Asan oyun olmadı. Tez bir zamanda qapımıza penalti təyin edildi. Bundan sonra da geriyə düşdük. Biz yaxşı oynadıq. Xarakter göstərdik meydanda. Yeni oyunçularımız da var idi. Yaxşı oynadıq".

 

- Dubl edən Sonun oyunu haqda nə deyəcəksiz?

- Buna cavab vermək çox asandı. Onun performansi çox yaxşı idi və özünü yaxşı tərəfdən göstərdi. 

- Qarabağ"ı nəyin hesabına qalib gəldiz və bu komanda oynaya bilərmi qrupdan çıxmaq üçün?

- "Qarabağ" yaxşı komadnadı. Yaxşı da oyun fislosofiyası var. "Qarabağ"ın yaxşı və əla oyunçuları var.  Onlar özlərini yaxşı göstərdi bu matçda.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right