"Birinci qola qədər hər şey çətin gedirdi. Yalnız hesabı açandan sonra "Qəbələ"nin müdafiə xəttində boşluqlar yaranmağa başladı. Bu da bizə daha çox hücum etmək imkanı verdi"
Newsport.az-ın məlumatına görə, bu sözləri "Borussiya"nın yarımmüdafiəçisi Henrik Mxitaryan deyib.
70-ci dəqiqədə fərqlənən erməni legioner Azərbaycan təmsilçisinin güclü rəqib olduğunu bildirib: "İkinci qoldan sonra oyun daha asan keçdi. Komandamız yaxşı oynadı, qələbəyə görə hər birini təbrik edirəm. Mən yenə öz fikrimdə qalıram ki, "Qəbələ" yaxşı komandadı. Qriqorçuku çoxdan, Ukraynadan tanıyıram.
Aleksey Qayla birlikdə "Şaxtyor"un formasını geyinmişəm. Zenyov, Antonov və Bezotosnıya qarşı Ukrayna çempionatında oynamışam. "Qəbələ" haqda ancaq müsbət fikirlər söyləyə bilərəm. Onlara gələcək oyunlarda uğurlar arzulayıram".
Sportinfo.az