"Çətin oyun oldu. Şans əldə edə bilmədik ki, qol vuraq"
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Derlis Meza Kolli deyib. Paraqvaylı legioner "Borussiya"ya 0:4 hesablı məğlubiyyətə bu cür şərh verib: "Kimin şansı var idisə, o da qolları vurdu. Bakıda yetərli sayda fərqlənmək imkanı qazanmışdıq, amma onda da qalib gələ bilmədik. Belə oyunla 4 qol buraxmağımız normaldı. Azarkeşlərin çox olması oyunumuza təsir etmədi".