Rəşad Sadıqov: "Monako" heç nədən qol vurdu"

"Gözlədiyimiz kimi gərgin və maraqlı matç oldu. İki oxşar oyun üslubu olan komandalar mübarizə aparırdı. Bu oyunda qələbə qazanmağı çox istəyirdik. Ancaq qol buraxdıq və qələbəni əldən verdik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda "Monako" ilə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.

O,  qalib gəlmək üçün çox istəkli olduqlarını vurğulayıb:

"Bəzi epizodlarda özüm komanda yoldaşlarımı həvəsləndirmək üçün aqressiv oynayırdım ki, onlar da mənim kimi etsinlər. Amma "Monako" müdafiəyə çəkilmişdi. Belə bir komandanın müdafiəsini yarmaq olduqca çətin idi".

R.Sadıqov oyunun birinci dəqiqəsindən rəqib futbolçuların hakimə etiraz etdiyini vurğulayıb:

"Ancaq hakim təcrübəli idi və rəqibin adına aldanıb səhv qərarlar vermədi. Stadionun ot örtüyünün durumu normal idi. Rəqib isə heç nədən qol vurdu".

"Qarabağ"ın kapitanı qarşıda iki oyunun qaldığını vurğulayıb:

"Nə olacağını indidən demək çətindir. Çalışacağıq ki, qalan iki oyunda yaxşı nəticə əldə edək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right