Avropa Liqasının qrup mərhələsində mübarizə aparan təmsilçimiz "Qəbələ” bu gün növbəti oyununa çıxacaq.
Newsport.az-ın məlumatına görə, təmsilçimiz Almaniyada "Borussiya”nın qonağı olacaq. Əldə etdiyimiz məlumata görə, "Qəbələ” bu oyunda dəstəksiz qalmayacaq. Belə ki, "Qəbələ”ni "Siqnal İduna Park”da "100”ə yaxın azarkeş dəstəkləyəcək.
Qeyd edək ki, "Qəbələ” – "Borussiya” matçı 22:00-da başlayacaq. Maç Aztv vasitəsi ilə canlı yayımlanacaq.