"Qəbələ" böyük hesabla uduzdu YENİLƏNİB

Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qəbələ” də növbəti matçına çıxacaq.

Roman Qriqorçukun komandası səfərdə Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Bakıda keçirilən ilk görüşdə  bu rəqibinə 1:3 hesabı ilə uduzan “Qəbələ” çətin sınaq qarşısındadır. Komandamız bu dəfə də məğlub olarsa, qrupdan çıxmaq şansı minumuma enəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 


4 noyabr

Avropa Liqası, qrup mərhələsi

C qrupu

22:00. “Borussiya” (Dortmund, Almaniya) – "Qəbələ” (Azərbaycan) 4-0

Qol: Marko Roys, 28 (1:0), Obameyanq, 45 (2:0), Zenyov, 66-avtoqol (3:0), Mxitaryan, 79 (4:0)
Baş hakim: Sebastyan Delferier
Hakim köməkçiləri: İv de Neve, Rien Vanizere (hamısı Belçika)
Dortmund. BVB stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right