“Çalışacağıq ki sabah ən yaxşı oyunumuzu göstərək. “Qəbələ” ilə oyuna çox ciddi yanaşırıq”
Newsport.az-ın məlumatına görə, bu sözləri Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhel deyib. Avropa Liqasının qrup mərhələsi çərçivəsində təmsilçimiz “Qəbələ” sabah “Borussiya” ilə qarşılaşacaq.
Matçdan öncə almanların çalışdırıcısı oyun haqqında fikirlərini bölüşüb: “Heyətdə ən yaxşı oyunçular yer alacaqlar. Bakıdakı oyunda ilk 15 dəqiqədə rəqib bir neçə dəfə qol vurmaq üçün şans yaxaladı, çalışacağıq ki, sabahkı qarşılaşmada onlara o şansı verməyək”.
Alman mütəxəssis yerli jurnalistlərin “Qəbələ” adətən 8 min adam qarşısında çıxış edir, sabah 55 min azarkeş önündə necə oynayacağını düşünürsüz” sualına maraqlı cavab verib: “Ola bilsin ki, 55 min azarkeş qarşısında oynamaq “Qəbələ”yə daha çox stimul versin. Çünki onlar necə oynadıqlarını daha böyük publikaya nümayiş etdirmək istəyəcəklər”. - See more at: http://sportinfo.az/news-64934#sthash.f1rGWmra.dpuf