"Çox təəssüf, oyun başlayan kimi futbolçumuzun biri qırmızı vərəqə aldı. Bu isə bizə problem yaratdı. Şahidi oldunuz. Rəqib azlıqda qalmağımızdan istifadə edib qol vurdu. 10 nəfərlə qaldıqdan sonra, çalışdıq ki, müdafiədə sıxlıq yaradıb qol buraxmayaq və müdafiədən birbaşa hücuma keçərək qal vuraq. Amma alınmadı".
Newsport.az-ın məlumatına görə, bu sözlər “Neftçi”nin futbolçusu Aylton Fereyraya aiddir. O, “Neftçi”də vəziyyətin stabil olduğunu və heç bir problemin olmadığını da bildirib: “Neftçi”də vəziyyət çox yaxşıdır. Sadəcə azlıqda qaldıq. Komandada isə durum yaxşıdır. Gənc heyətə malik komanda qələbələrini sıralamaq üçün çalışır. Çalışacağıq ki, bundan sonra davamlı qələbələrimiz olsun".