Çixradze yenidən Bakıda FOTO

Hazırda davam edən və ilk hissəsi oynanılan Azərbaycan Premyer Liqasının 2-ci turunun "İnter” – "Neftçi” matçını tanış bir sima da izləyir.

Newsport.az saytının "İnter Arena”da olan əməkdaşının verdiyi məlumata görə, oyunu izləyənlər arasında Georgi Çixradze də var. 
 
2012-ci ilin martından son mövsümə qədər "Simurq”un baş məçqçisi işləmiş, bunda öncə isə "İnter”də Kaxaver Tsxadazenin köməkçisi kimi çalışmış Çixo hazırda Gürcüstan milli komandasında elə Txsadadzenin yardımçısı kimi fəaliyyət göstərir. Onun yenidən Bakıya gəlişi də böyük ehtimalla, milliyə namizəd olan Nika Kvekveskirinin çıxışını izləməkdir. Bu yay "İnter”ə transfer edilən orta xətt oyunçusu milliyə real potensial namizədlərdəndir. Məşqçilər korpusu da onu iş başında izləmək istəyib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right