Türkiyənin Ərzurum şəhərində hazırlıqlarını davam etdirən “Kəpəz” son yoxlama oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Şahin Diniyevin komandası Türkiyə çempionatının 2-ci liqasında çıxış edən “Kocaeli Birlikspor”la qarşılaşıb. Ərzurum Böyükşəhər Bələdiyyəsinə məxsus stadionda keçirilən oyunu yerli hakimlər briqadası idarə edib. Matç gəncəlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Kəpəz”in qollarını Aleksandr Sitnik və Tural Rzayev vurub.