"Turan" voleybol klubu Yunanıstandan sonra təlim-məşq toplanışlarını davam etdirmək üçün Türkiyənin İstanbul şəhərinə yollanıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təmsilçimiz İstanbulda Türkiyənin ən köklü klublarından biri olan "Fənərbaxça" ilə yoldaşlıq oyunu keçirəcək.
Qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 18:00-da, Burhan Felek İdman Kompleksində baş tutacaq.
Bu görüşün "Turan"ın qarşıdakı mövsümə və CEV Çempionlar Liqası matçlarına hazırlığı çərçivəsində keçiriliyəcəyi qeyd edilir.