Joao Feliks Avropaya qayıtmaq istəyir

"Əl-Nəsr"in hücumçusu Joao Feliks Avropa futboluna qayıtmağı planlaşdırır.

Newsport.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

26 yaşlı portuqaliyalı futbolçu 2023/2024 mövsümündə "Atletiko"dan icarə əsasında çıxış etdiyi "Barselona"ya qayıtmaq istədiyini bildirib. Onun üçün əsas hədəf Çempionlar Liqası səviyyəli komandadır və Kataloniya klubuna azad agent kimi keçmək onun arzusudur.

Feliksin maraqlarını təmsil edən agent Jorje Mendeş mümkün transferlə bağlı artıq "Barselona" ilə əlaqə saxlayıb. Oyunçunun "Əl-Nəsr"lə müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.

Mendeş tərəfindən müdafiəçi Joao Kanselonun "Əl-Hilal"dan "Barselona"ya sərfəli şərtlərlə təşkil edilən transferinə bənzər bir ssenari Feliks üçün də nəzərdən keçirilir. Futbolçu Avropaya qayıtmaq üçün maaşının ciddi şəkildə azaldılmasına razıdır.

Cari mövsümdə Feliks Səudiyyə Ərəbistanı çempionatında keçirdiyi 6 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right