"Qarabağ"da 1 günlük istirahət

`Qarabağ` Avstriyada təlim-məşq toplanışını davam etdirir.  

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən `SV Horn`la ilk yoxlama oyununa çıxan təmsilçimiz bugün istirahətdədir. Komandanın baş məşqçisi Qurban Qurbanov 13 günlük aradan sonra  futbolçulara istirahət şansı yaradıb.  Sabaha klubun 2 məşqi nəzərdə tutulub.

Sentyabr ayında `Sent-Etyenn`lə oyunda zədələnərək sıradan çıxan Jumbinyo da komandanın düşərgəsindədir. Braziliyalı dünən klubun məskunlaşdığı otelə gəlib.

 

Komanda növbəti yoxlama oyununa İyulun 3-də çıxacaq. Rəqib  Ruminiya `Styaua`sı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right