"Xəzər Lənkəran" qapıçı problemini həll etmək üzrədi

"Xəzər Lənkəran" millinin qapıçısı Səlahət Ağayevi transfer etmək istəyir.

Newsport.az-ın məlumatına görə, yeni mövsümə iddialı başlayacaq Cənub komandasında transfer çalışmaları sürətlə davam edir. "Ağ-yaşıllar" qapıçı problemini tam həll etmək üçün Səlahəti heyətinə qatmaqda maraqlıdı və qolkiperə bununla bağlı təklif də irəli sürüb. 

Təcrübəli qapıçı isə qərar verməkdə tələsmir. Əgər "İnter"in vəziyyəti düzılməsə o zaman Ağayev "Xəzər Lənkəran"la anlaşa bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right