Son vaxtlar qalmaqalların səngimədiyi "Bakı"da növbəti istefa gerçəkləşib.
Newsport.az-ın məlumatına görə, paytaxt klubunun akademiyasının rəhbəri Yüksəl Kepoğlu tutduğu postdan istefa verib. Məlumatı Türkiyə mətbuatı yayıb.
6 ildi "Bakı"nın aşağı yaş qruplarından ibarət komandalarına rəhbərlik edən türkiyəli mütəxəxssis Azərbaycan macərasına son verməyi qərara alıb.
“Altay”, “Karşıyaka”, “Bucaspor”, “Göztəpə” və “İzmirspor”un şərəfini qorumuş Kepoğlu İzmirin 5 klubunda forma geyən yeganə futbolçudu.