AZAL ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, "təyyarəçilər"in hücumçusu Freddi Mombonqo növbəti matçda iştirak etməyəcək.
Ötən gün "Qarabağ"la oyunda cəzalanan konqolu hücumçu sarı vərəqə limitini doldurub. Bu səbəbdən də Mombonqo "Sumqayıt"la görüşü buraxacaq.
AZAL - "Sumqayıt" matçı 17 apreldə "AZAL Arena"da baş tutacaq.