“Bu oyunda əsas məqsədimiz o idi ki,..."

“Çətin oyun keçdi. Komanda şəklində yaxşı mübarizə apardıq. Matçın ilk hissəsində qapımızdan iki top buraxsaq da geridönüş edə bildik”.

Bu sözləri 
Newsport.az-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanov “Neftçi” ilə oyundan (2:2) sonra deyib.


“Neftçi” ilə oyunun prinsipiallığından bəhs edən gənc yarımmüdafiəçi  azlıqda qalmalarına baxmayaraq əzmkar oyun nəticəsində əzəli rəiqblərinə uduzmadıqlarını qeyd edib:

“Bu oyunda əsas məqsədimiz o idi ki,  “Neftçi”yə uduzmayaq.İndiyədək kimi Lənkaranda bu komandaya məğlub olmamışıqsa, bu gün də uduzmamalıydıq. Çalışdıq və bəhrəsini  gördük. Onu deyə bilərəm ki, ilk hissəyə yaxşı başlamadıq və rəqib də bundan istifadə etdi. Alfred Sankonun qırmızı kart alması da komandaya pis təsir etdi. Məncə, hakim haqlı idi. Hər iki epizodda qayda pozuntusu var idi. Amma sevinirəm ki, matçı dəyişə bildik. Əlimizdən gələni etdik ki, məğlub olmayaq. Qollar standart vəziyyətlərdən vurulsa da, biz yaxşı hücular təşkil edirdik. Belə olmasaydı, standart vəziyyət necə yarana bilərdi?”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right