Peşəkar Futbol Liqası və Topaz-ın təşəbbüsü ilə jurnalistlər üçün bölgələrdə keçirilən oyunları işıqlandırmaq imkanı yaradılır.
Newsport.az-ın məlumatına görə,eyni zamanda, oyunun nəticəsini düzgün tapan KİV nümayəndələri pul mükafatına layiq görülür. Bu dəfə Topaz Premyer Liqasının 25-ci turunda keçirilən “Qəbələ” – “Sumqayıt” (2-0) matçının nəticəsini düzgün qeyd etmiş 5 jurnalist – İlkin Xəlilov (ATV), Mərdan Həsənov (“Newsport.az), Sərxan Musalı (Futbol+), Zamin Allahverdiyev (Futbolinfo.az) və Kamran Hacı (Allsport.az) mükafatlandırılıb. Nəzərdə tutulmuş 1000 manat mükafat fondu qaliblər arasında bölünüb.