19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan millisi bu gün ikinci oyununa çıxacaq.
Newsport.az-ın məlumatına görə, Fransanın Baye şəhərindəki Anri Jann stadionunda İngiltərə millisi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, millimiz ilk oyunda Fransaya 0:2 hesabı ilə uduzub.
28 mart
Avropa çempionatının elit-raund mərhələsi, 2-ci tur
21:30. İngiltərə - Azərbaycan
Hakimlər: Adrien Yakkottet, Vital Yobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoi Millo (hər ikisi Fransa)
Bayo. "Anri Jane" stadionu